...

Paytaxt sakinindən 2 kq-a yaxın heroin götürülüb

Hadisə Materials 5 Sentyabr 2019 15:10 (UTC +04:00)
Paytaxt sakinindən 2 kq-a yaxın heroin götürülüb
Paytaxt sakinindən 2 kq-a yaxın heroin götürülüb

Bakı. Trend:

Paytaxt sakinindən 2 kq-a yaxın heroin götürülüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Ş.Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1,8 kiloqramdan artıq çəkidə heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti