Bakı. Trend:
Yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmış paytaxt sakini saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 20-də Bakı şəhər sakini V.Mahmudovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış "Hyundai" markalı avtomobilin sürücüsü, paytaxt sakini İ.Ağayeva saxlanılıb, izahatı alındıqdan sonra buraxılıb.