...

Toyda kütləvi zəhərlənmə - 31 nəfər xəstəxanada

Hadisə Materials 3 Oktyabr 2019 11:03 (UTC +04:00)
Ukraynada kütləvi zəhərlənmə baş verib.
Toyda kütləvi zəhərlənmə - 31 nəfər xəstəxanada

Bakı. Trend:

Ukraynada kütləvi zəhərlənmə baş verib.

Trend-in məlumatına görə, zəhərlənmə Çernovitski rayonunda "Oskar" restoranında keçirilən toy mərasimi zamanı olub. Faktı Ukrayna Fövqəladə Hallar Xidməti təsdiqləyib.

Məlumata görə, toyda iştirak edən 31 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib. Hazırda onların xəstəxana şəraitində müalicəsi davam edir. Zəhərlənənlərdən 9-nun azyaşlı olduğu qeyd edilir.

Hadisə ilə bağlı araşdırma başlanılıb, restorandan laborator təhlillər üçün qida nümunələri götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti