...

Bakıda su quyusundan meyit tapıldı

Hadisə Materials 25 Oktyabr 2019 15:35 (UTC +04:00)
Bakının Xəzər rayonunda su quyusundan meyit aşkar edilib
Bakıda su quyusundan meyit tapıldı

Bakı. Trend:

Bakının Xəzər rayonunda su quyusundan meyit aşkar edilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda su quyusunda aşkar edilən 1987-ci il təvəllüdlü Həbibzadə Elvin Nazim oğlunun meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri E.Həbibzadənin meyitini dərinliyi, təqribən, 25 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti