...

Bakıda fəhlələr kanalizasiya quyusuna düşərək öldü, cinayət işi başlandı

Hadisə Materials 12 Noyabr 2019 11:57 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakıda fəhlələr kanalizasiya quyusuna düşərək ölüb.

Bakı Şəhər Prokurorluğundan Trend-ə verilən məlumatda bildirilir ki, noyabrın 11-i səhər saat 08 radələrində 1993-cü il təvəllüdlü Cavad İlyaslı və 1974-cü il təvəllüdlü Djamaladin Molayevin paytaxtın Xətai rayonu ərazsində yerləşən “Ağ şəhər”də çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş quyuya düşərək ölmələri faktı ilə bağlı Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarını pozma; iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanmış cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Bakı Şəhər prokurorluğuna tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti