...

Xəzər rayonunda iki ev yanıb

Hadisə Materials 14 Noyabr 2019 09:05 (UTC +04:00)
Bakının Xəzər rayonunda iki ev yanıb
Xəzər rayonunda iki ev yanıb

Bakı. Trend:

Bakının Xəzər rayonunda iki ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bununla yanaşı, rayonda ümumi sahəsi 165 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti