...

İmişlidə qəza - Piyada xəstəxanada öldü

Hadisə Materials 12 Dekabr 2019 13:56 (UTC +04:00)
İmişli şəhəri ərazisində “VAZ-21015” markalı avtomobillə şəhər sakini Y.Xammədov vurulub
İmişlidə qəza - Piyada xəstəxanada öldü

Bakı. Trend:

Dekabrın 10-da saat 21 radələrində İmişli şəhəri ərazisində Əliqulular kənd sakini V.Cəfərov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən şəhər sakini Yasin Xammədovu vurub.

Nazirlikdən Trend-ə daxil olan məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 11-də orada ölüb.

İmişli RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti