...

“Neftçilər”də özünü qatarın altına atan şəxsin kimliyi bilindi

Hadisə Materials 12 Dekabr 2019 12:57 (UTC +04:00)
Dekabrın 11-də saat 18 radələrində “Neftçilər” metrostansiyasının platformasında bir nəfər özünü qatar yoluna atıb.
“Neftçilər”də özünü qatarın altına atan şəxsin kimliyi bilindi

Bakı. Trend:

Dekabrın 11-də saat 18 radələrində metronun “Neftçilər” metrostansiyasının platformasında bir nəfər özünü qatar yoluna atıb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, bu zaman orada olan DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən dərhal görülmüş tədbirlərlə həmin şəxs qatar yolundan çıxarılıb.

Onun Masallı rayon sakini V.Əzimov olması müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti