...

Novxanıda 3 otaqlı ev yanıb

Hadisə Materials 13 Dekabr 2019 09:11 (UTC +04:00)
Novxanı kəndində 3 otaqlı evdə yanğın hadisəsi baş verib.
Novxanıda 3 otaqlı ev yanıb

Bakı. Trend:

Novxanı kəndində 3 otaqlı evdə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Abşeron rayonunun Novxanı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti