...

Yevlaxda ağır yol qəzası olub, 3 nəfər ölüb

Hadisə Materials 18 Dekabr 2019 21:25 (UTC +04:00)

Bakı. Trend:

Yevlax şəhərinin Qoyunbinəsi kəndində “Hyundai” markalı yük avtomobili ilə “Mitsubishi” markalı minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Aran Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1974-cü il təvəllüdlü Musəvi Elman Abbas oğlunun, 1975-ci il təvəllüdlü Rüstəmov Cəlal Şaşa oğlunun və daha bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti