...

DİN Salyanda polisin özünü yandırmağa cəhdi barədə araşdırmalara başladı

Hadisə Materials 28 Dekabr 2019 11:55 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Salyan rayonunda polis əməkdaşının özünü yandırmağa cəhd etməsinin səbəbləri ilə bağlı araşdırmalara başlayıb.
DİN Salyanda polisin özünü yandırmağa cəhdi barədə araşdırmalara başladı

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyi Salyan rayonunda polis əməkdaşının özünü yandırmağa cəhd etməsinin səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

Xidmət rəisi qeyd edib ki, polis əməkdaşının özünü yandırmaq cəhdinin qarşısı iş yoldaşları tərəfindən alınıb: "Əllərindən yüngül xəsarətlər alıb və Daxili İşlər Nazirliyinin Hospitalına yerləşdirilib. Vəziyyəti qənaətbəxşdir. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin aidiyyəti qurumu tərəfindən xidməti yoxlama aparılır. Hadisənin hansı səbəbdən baş verməsi araşdırmalardan sonra məlum olacaq".

Xatırladaq ki, Salyan rayonunun Xələc kənd sakini, 1986-cı il təvəllüdlü Fətiyev Miri Bəxtiyar oğlu üstünə alışdırıcı maddə tökərək özünü yandırmağa cəhd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti