Bakı. Trend:
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları daxil olmuş müraciət əsasında əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində Yasamal rayonu ərazisindəki kafelərin birində Bakı şəhər sakini, əvvəllər qəsdən sağlamlığa yüngül zərər vurma, oğurluq, dələduzluq, əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və xuliqanlığa görə məhkum olunmuş A.Şirəliyev paytaxt sakini R.Abdiyevi hədələyərək 3000 dollarını alarkən saxlanılıb.