...

Qubada qohumunun evini qarət edən gənc saxlanıldı (FOTO)

Hadisə Materials 30 Yanvar 2020 17:48 (UTC +04:00)
Müxtəlif əşyalar maddi sübut kimi polis əməkdaşları tərəfindən onlardan götürülüb
Qubada qohumunun evini qarət edən gənc saxlanıldı (FOTO)

Bakı. Samir Əli - Trend:

Quba Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakin X.Səfixanov yanvar ayının 28-də axşam saatlarında ona məxsus fərdi yaşayış evindən oğurluq edilməsi barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun üç sakini, zərərçəkənin qohumu R.Teymurxanov, M.Məmmədov və T.Orucov saxlanılıblar.

Saxlanılan zaman oğurluq yolu ilə əldə edilmiş müxtəlif növ içkilər, planşet, mobil telefon, telefon aksesuarları, dülgər alətləri və digər əşyalar maddi sübut kimi polis əməkdaşları tərəfindən onlardan götürülüb.

Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti