...

BŞİH müxalifətin mitinq keçirməsinə razılıq verdi

Hadisə Materials 12 Fevral 2020 17:52 (UTC +04:00)
Bakı Şəhər İcra Hakimiyyəti, Müsavat və REAL partiyalarının paytaxtda mitinq keçirməklə bağlı müraciətinə yenidən baxıb.
BŞİH müxalifətin mitinq keçirməsinə razılıq verdi

Bakı. Samir Əli - Trend:

Bakı Şəhər İcra Hakimiyyəti, Müsavat və REAL partiyalarının paytaxtda mitinq keçirməklə bağlı müraciətinə yenidən baxıb.

Meriyadan Trend-ə verilən məlumata görə, qərarda bildirilir ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, müraciət 5 iş günü əvvəl təqdim olunmalı olduğu halda 4 iş günü əvvəl təqdim olunub:

"Bu da mövcud qanunvericiliyin tələblərinin pozulması deməkdir və müraciətin baxılmamasına əsas verir. Buna görə şöbə tərəfindən qanunvericiliyə uyğun olaraq məsələyə baxılması məqsədəuyğun hesab edilməyib. Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbərliyi müraciətçilərin istək və arzularını nəzərə alaraq, bu məsələyə yenidən baxıb.

Nəzərinizə çatdırırıq ki, müəyyən etdiyiniz ərazi əhalinin daha sıx hərəkətdə olduğu metro çıxışı olduğu üçün toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinin, metropolitenin iş ahənginin təmin edilməsində problemlər yaradacaqdır. Alternativ yer olaraq mitinqin 16 fevral 2020-ci il tarixdə, saat 15:00-dan – 17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 may küçəsi “Neftçi İdman Klubu İctimayi Birliyinin Qaradağ təlim-idman bazasında” keçirilməsini təklif edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti