...

Bakıda itkin düşmüş 3 nəfər tapılıb

Hadisə Materials 15 Fevral 2020 09:28 (UTC +04:00)
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də 47 cinayətin üstü açılıb.
Bakıda itkin düşmüş 3 nəfər tapılıb

Bakı. Trend:

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də 47 cinayətin üstü açılıb. Onlardan 20-si əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 36 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 5, oğurluq üzrə 12 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti