Bakıda avtoyuma məntəqəsində yanğın olub

Hadisə Xəbər 28 Fevral 2020 08:44 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 40 m² olan avtoyuma məntəqəsinin damının taxta atmaları və içərisində olan əşyalar 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, avtoyuma məntəqəsinin qalan hissəsi və bitişik mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti