Bakı. Trend:
Goranboy rayonunun Xanqərvənd kəndində ümumi sahəsi 234 m² olan birmərtəbəli evin bir otağının yanar konstruksiyaları 60 m² sahədə və iki otağının tavanı 40 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.