...

Şirvan sakinlərindən külli miqdarda narkotik götürüldü

Hadisə Materials 16 Mart 2020 20:43 (UTC +04:00)
Bir qrup şirvan şəhər sakini narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb.
Şirvan sakinlərindən külli miqdarda narkotik götürüldü

Bakı. Trend:

Bir qrup şirvan şəhər sakini narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Şirvan ŞPŞ əməkdaşlarının daxil olmuş məlumatlar əsasında birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakinləri E.Nuruşov və əvvəllər məhkum olunmuş A.Şirəliyev, S.Hacıyev və T.Quliyev saxlanılıb.

Şəxsi axtarış zamanı A.Şirəliyevdən 1 kiloqramdan artıq heroin, S.Hacıyevdən 450 qram, E.Nuruşovdan 480 qram, T.Quliyevdən isə 430 qram marixuana aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti