Bakı. Samir Əli - Trend:
Gəncə şəhərində yeniyetmələr arasında bıçaqlanma olub.
Trend-in məlumatına görə, Gəncə şəhər sakini, 2002-ci il təvəllüdlü Əliyev Anar Zaur oğlu ilə 2003-cü il təvəllüdlü Allahverdiyev İlham Rəhman oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində İ. Allahverdiyev A.Əliyevə ürəyindən 2 bıçaq zərbəsi endirib. Yaralı təcili yardım briqadası vasitəsilə xəstəxanaya yerləşdirilərək əməliyyat olunub, vəziyyəti ağırdır.
İ. Allahverdiyev şübhəli şəxs qismində saxlanılıb və faktla bağlı cinayət işi başlanıb.