...

Bakıda yaşayış binasında yanğın olub

Hadisə Materials 11 Aprel 2020 00:49 (UTC +04:00)
Bakıda yaşayış binasında yanğın olub

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərin Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 50 kv.m olan mənzilin yanar konstruksiyaları 35 kv.m sahədə və ikinci mərtəbəsində ümumi sahəsi 50 kv.m olan digər mənzilin döşəməsi 4 kv.m sahədə yanıb.

Hər iki mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti