...

Bakıda bir evdən qızıl-zinət əşyaları və su qızdırıcısı oğurlanıb

Hadisə Materials 15 Aprel 2020 20:33 (UTC +04:00)
Bakıda bir evdən qızıl-zinət əşyaları və su qızdırıcısı oğurlanıb

Bakı. Trend:

Biləcəri qəsəbəsindəki evlərin birindən qızıl-zinət əşyaları və su qızdırıcısı oğurlamaqda şübhəli bilinən R.Həmidov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib ki, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu il dekabrın 20-dən cari il aprelin 13-dək olan müddətdə Biləcəri qəsəbəsindəki evlərin birindən 5100 manat dəyərində qızıl-zinət əşyaları və su qızdırıcısı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Həmidov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti