...

Karantin qaydalarını pozan daha 434 sürücü cərimə edildi

Hadisə Materials 8 May 2020 11:46 (UTC +04:00)
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 07.05.2020-ci il saat 00:00-dan 08.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 434 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Karantin qaydalarını pozan daha 434 sürücü cərimə edildi

Bakı. Samir Əli - Trend:

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 07.05.2020-ci il saat 00:00-dan 08.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 434 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumatda bildirilir ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 49 435 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti