...

Tərtər sakini küçədə qətlə yetirildi

Hadisə Materials 9 May 2020 12:31 (UTC +04:00)
Tərtər rayonunda qətl hadisəsi törədilib.
Tərtər sakini küçədə qətlə yetirildi

Bakı. Samir Əli - Trend:

Tərtər rayonunda qətl hadisəsi törədilib.

Trend-in məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində baş verib. Həmin ərazidə yaşayan 1980-ci il təvəllüdlü Zeynalov Xətai Sabir oğlunun meyiti küçədə tapılıb.

Araşdırmalar zamanı X.Zeynalovun qonşusu Hümbətov Naib Nadir oğlu tərəfindən bıçaqlanaraq öldürülməsi müəyyən edilib.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti