...

Bakıda dilənçi qadınlar mənzili qarət etdi

Hadisə Materials 15 May 2020 09:40 (UTC +04:00)
Bakıda dilənçi qadınlar mənzili qarət etdi

Bakı. Samir Əli - Trend:

Bakıda qadınlar evdən oğurluq ediblər.

Trend-in məlumatına görə, hadisə Xəzər rayonu, Zirə qəsəbəsi, Bakıxanov küçəsində yerləşən V.Qasımovanın evində qeydə alınıb. Naməlum şəxslər qapıdan keçməklə 1 095 manat nağd pul və 4 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakinləri, dilənçilər, 1995-ci il təvəllüdlü Sitarə Məmmədova və 1971-ci il təvəllüdlü Nigar Bəkirova saxlanılıb.

Faktla bağlı açılan cinayət işi üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti