...

Bakıda iki avtomobil toqquşdu - Sürücülərdən biri öldü

Hadisə Materials 19 May 2020 13:30 (UTC +04:00)
Bakıda iki avtomobil toqquşdu - Sürücülərdən biri öldü

Bakı. Trend:

Bakı şəhəri, Xətai rayonu ərazisində iki avtomobil toqquşub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, mayın 17-də saat 21 radələrində Bakı şəhər sakini Taleh Hüseynovun idarə etdiyi "Mercedes" və paytaxt sakini N.Bağırovun idarə etdiyi "Ssang-Young" markalı avtomobillər toqquşub.

Nəticədə T.Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, N.Bağırov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti