...

Ötən gün 31 cinayətin üstü “isti izlər”lə açılıb

Hadisə Materials 25 May 2020 11:50 (UTC +04:00)
Ötən gün 31 cinayətin üstü “isti izlər”lə açılıb

Bakı. Trend:

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, mayın 24-də törədilən 31 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti