...

Ağdaşda “Xaş-xaş 2020” əməliyyatı: Bir tondan çox narkotik məhv edildi (FOTO)

Hadisə Materials 28 May 2020 10:08 (UTC +04:00)
Ağdaşda “Xaş-xaş 2020” əməliyyatı: Bir tondan çox narkotik məhv edildi (FOTO)

Bakı. Trend:

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Nehrəxəlil və Pirəyir kəndləri ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, ümumi çəkisi 1 ton 58 kiloqram olan 7138 ədəd çətənə bitkisi polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti