Bakı. Trend:
Yevlax şəhərində ümumi sahəsi 96 kvadratmetr olan evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildiriblər ki, birmərtəbəli üçotaqlı ev hadisə nəticəsində yararsız vəziyyətə düşüb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.