...

Salyanda narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanıldı (FOTO)

Hadisə Materials 3 İyun 2020 14:40 (UTC +04:00)
Salyanda narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanıldı (FOTO)

Bakı. Trend:

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Trend-in məlumatına görə, keçirilən tədbir nəticəsində rayonun Qardili kəndi ərazisində Qırxçıraq qəsəbə sakini Aslan Şirinovun kultivasiya yolu ilə yetişdirdiyi 18 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Aslan Şirinov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti