...

Mağazadan oğurluq edən şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 11 İyun 2020 09:40 (UTC +04:00)
Mağazadan oğurluq edən şəxs saxlanılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Mingəçevir Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində mağazaya qanunsuz daxil olaraq oradan notbuku oğurlayan şəxsin Fərid Şərifli olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. Aparılmış araşdırmalarla F.Şəriflinin daha bir evdən oğurluğa cəhd etdiyi də məlum olub. Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti