...

Meşədə çətənə əkən şəxs saxlanıldı (FOTO)

Hadisə Materials 18 İyun 2020 10:41 (UTC +04:00)
Meşədə çətənə əkən şəxs saxlanıldı (FOTO)

Bakı. Samir Əli - Trend:

Qusar Rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, bölmə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Yasab kənd sakini Nadik Məmmədov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı kəndin yaxınlığında olan meşəlik əraziyə keçirilən baxış zamanı, oradan N.Məmmədov tərəfindən xüsusi aqrotexniki qayda ilə qulluq edilərək yetişdirilmiş hündürlüyü 150 sm-ə qədər olan 52 ədəd çətənə kolu (kannabis) aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Faktla bağlı Qusar RPŞ-də araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti