...

Dənizdə batan Astara sakininin meyiti tapıldı (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 23 İyun 2020 18:46 (UTC +04:00)
Dənizdə batan Astara sakininin meyiti tapıldı (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

İlk xəbər 17:39-da verilib

Astara şəhərində, dənizdə (nəzarətsiz ərazidə) 1996-cı il təvəllüdlü Baxşıyev Rəşad Mehdi oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, R.Baxşıyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

XXX

1996-cı il təvəllüdlü Baxşıyev Rəşad Mehdi oğlu Astara şəhərində, dənizdə (nəzarətsiz ərazidə) batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti