...

Bakıda karantin zamanı hərbçini təhqir edən şəxs həbs edildi

Hadisə Materials 7 İyul 2020 19:20 (UTC +04:00)
Bakıda karantin zamanı hərbçini təhqir edən şəxs həbs edildi

Bakı. Samir Əli - Trend:

Bakıda karantin zamanı hərbçini təhqir edən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Trend-in məlumatına görə, Qaradağ rayon sakini, 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyev Qaradağ rayon məhkəməsinin qərarı ilə inzibatı qaydada 30 sutka həbs edilib.

Faktı Bakı şəhər Baş Polis İdarəsi təsdiqləyib.

Qayd edək ki, Qaradağ rayon sakini, 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyev Qaradağ rayonu Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq, hörmətsizlik nümayiş etdirib və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayıb. Həmin şəxs hüquq-mühafizə orqanları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti