...

65 mağazadan və apteklərdən oğurluq edən şəxs saxlanıldı (VİDEO)

Hadisə Materials 23 İyul 2020 17:55 (UTC +04:00)
65 mağazadan və apteklərdən oğurluq edən şəxs saxlanıldı (VİDEO)

Bakı. Trend:

Bakı şəhər Baş Polis idarəsi, Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsi əməldaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxt, eləcə də Abşeron rayonlarında silsilə oğurluqlar edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir zamanı Şəmkir rayon sakini Sərdar Pənəhov tutulub. Araşdırma zamanı onun paytaxt və Abşeron rayonunda ümumilikdə 65 ərzaq, geyim və mobil telefon mağazalarından, o cümlədən apteklərdən oğurluq hadisəsi törətdiyi sübuta yetirilib. Sərdar Pənəhov ifadəsində isə törətdiyi oğurluqlarının sayının yüzlərlə olduğunu bildirib.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Bu şəxsin əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, ərazi üzrə polis orqanlarına və ya DİN-in “102” Zəng Mərkəzinə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti