...

Qusarda avtomobil divara çırpılıb

Hadisə Materials 26 İyul 2020 08:26 (UTC +04:00)
Qusarda avtomobil divara çırpılıb

Bakı. Trend:

Qusar rayonunda avtomobil divara çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Samur qəsəbəsində “Opel” markalı minik avtomobili yol kənarındakı kafenin divarına çırpılıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti