...

Novxanıda batan şəxsin cəsədi tapılıb (ƏLAVƏ OLUNUB) (VİDEO)

Hadisə Materials 10 Avqust 2020 17:05 (UTC +04:00)
Novxanıda batan şəxsin cəsədi tapılıb (ƏLAVƏ OLUNUB) (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Novxanıda boğulan şəxsin cəsədi tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Novxanıda qeyri-çimərlik ərazisində boğulan şəxsin cəsədi FHN-in dalğıc axtarış qrupu tərəfindən tapılaraq aidiyyət üzrə təhvil verilib.

X X X

15:51

Novxanıda Xəzər dənizində boğulma hadisəsi olub.

Trend-in məlumatına görə, hadisə bu gün baş verib. Şahidlərin sözlərinə görə, "Diana" istrahət mərkəzinin ərazisində çimərliklə olan 3 nəfər su da batıb, onlardan 2-si xilas edilsə də, digərinin tapmaq mümkün olmayıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva Trend-ə açıqlamasında bildirib ki, Abşeron rayonunun Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) batıb. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub:

"Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara qabaqcadan müəyyən edilmiş çimərlik ərazilərində istirahət etməyi və təhlükəsizlik tədbirlərinə əməl etməyi tövsiyə edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti