Bakı. Trend:
Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 650 kv.m olan anbar kimi fəaliyyət göstərən tikilinin yanar konstruksiyaları 150 kv.m sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, tikilinin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.