...

Bakıda qonşusunun velosipedini oğurlayan iki qardaş saxlanıldı

Hadisə Materials 20 Avqust 2020 09:34 (UTC +04:00)
Bakıda velosiped oğruları yaxalanıb.
Bakıda qonşusunun velosipedini oğurlayan iki qardaş saxlanıldı

Bakı. Samir Əli - Trend:

Bakıda velosiped oğruları yaxalanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunda baş verib. Xəzər rayonu Binə qəsəbəsində yaşayan Ə.Qasımov polisə müraciət edərək özünə məxsus velosipedin oğurlandığını bildirib.

Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində velosipedi oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri Akif Xasıyev və qardaşı Amin saxlanılıblar. Saxlanılan şəxslər hadisəni törətdiyini etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti