Bakı. Trend:
Abşeron rayonunda ümumi sahəsi 200 kvadratmetr olan hazırda fəaliyyət göstərməyən ikimərtəbəli tikilinin birinci mərtəbəsinə yığılan ev əşyaları 70 kvadratmetr sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildiriblər ki, tikili yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırmalar davam etdirilir.