...

Bakıda şadlıq sarayında yanğın olub

Hadisə Materials 16 Dekabr 2020 09:40 (UTC +04:00)
Bakıda şadlıq sarayında yanğın olub

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda şadlıq sarayında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

İkimərtəbəli şadlıq evinin birinci mərtəbəsində ümumi sahəsi 120 kv.m olan dönər evinin mətbəxində odun kömürü 20 kisə, elektrik sayğacı, elektrik qoruyucusu 10 ədəd və kabel 20 p. m yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti