...

ABŞ-da güclü qar səbəbindən yol qəzaları qurbanların sayı yeddi nəfərə çatıb

Hadisə Materials 18 Dekabr 2020 07:11 (UTC +04:00)
ABŞ-da güclü qar səbəbindən yol qəzaları qurbanların sayı yeddi nəfərə çatıb

Bakı. Trend:

ABŞ-ın şərq sahillərində qar yağması nəticəsində meydana gələn yol qəzalarında qurbanların sayı yeddi nəfərə çatıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bundan əvvəl Nyu-York və Pensilvaniya əyalətlərinin dörd sakininin ölümü barədə məlumat verilib.

Şərq sahil ştatlarının səlahiyyətliləri yüzlərlə yol qəzası barədə məlumat verir. Nyu-York qubernatoru Endryu Kuomo təxminən 600 qəzanın baş verdiyini söyləyib.

Bölgələrdə fövqəladə vəziyyət tətbiq edilir, məktəblərdə dərslər dayandırılıb və qarın təmizlənməsinə mane olmamaq üçün şəxsi nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti