Bakı. İlhamə İsabalayeva – Trend:
Bu il Azərbaycanda 130-a yaxın şəxs balıq ovu qaydalarını pozduğu üçün saxlanılıb.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Ekspert saatı” verilişində çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu il qanunsuz balıq ovu ilə əlaqədar 100 min manatdan artıq sanksiya tipli iddia işləri olub. Bu işlərin bəziləri hüquq-mühafizə orqanlarına təqdim edilib:
“İnsanlar qoyulan qaydalara nə qədər çox əməl etsələr, bu halda balıq ehtiyatlarının artırılması ilə bağlı problemlər çıxmayacaq. Hər bir vətəndaş və ya hüquqi şəxs sənaye balıq ovu ilə məşğul ola bilər. Amma bu məsələdə ov avadanlıqlarından düzgün istifadə vacibdir. Təəssüf ki, biz buna rast gəlirik ki, qadağa qoyulan ov alətlərindən istifadə edilir, kvota həddindən artıq pozulur”.