...

Şuşada hərbçilərin qəzaya düşməsi ilə bağlı cinayət işi başlandı

Hadisə Materials 14 Yanvar 2021 11:52 (UTC +04:00)
Şuşada hərbçilərin qəzaya düşməsi ilə bağlı cinayət işi başlandı

Bakı. Samir Əli - Trend:

Şuşa şəhəri istiqamətində hərbi qulluqçular olan avtomobil qəzaya uğrayıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə yanvarın 12-də baş verib. Hadisə nəticəsində Beyləqan rayonu Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti