...

İmişlidə 5 otaqlı ev yanıb

Hadisə Materials 7 Fevral 2021 23:43 (UTC +04:00)
İmişlidə 5 otaqlı ev yanıb

Bakı. Trend:

İmişli rayonunun Bəhrəmtəpə kəndində ümumi sahəsi 170 m² olan birmərtəbəli 5 otaqlı evin 4 otağının yanar konstruksiyaları və qamışdan ibarət dam örtüyü 120 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti