Bakı. Trend:
Zaqatala rayonunun Danaçı kəndində ümumi sahəsi 110 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.