...

Bakıda narkotik alverçisi küçədə avtomobili saxlayıb sahibini qarət etdi

Hadisə Materials 12 Fevral 2021 12:47 (UTC +04:00)
Bakıda narkotik alverçisi küçədə avtomobili saxlayıb sahibini qarət etdi

Bakı. Samir Əli - Tfrend:

Bakıda avtomobil sürücüsünü qarət edən narkotik alverçisi saxlanılıb.

Trend-in məlumatına görə, Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən Abşeron rayon sakini Ş.Həşimli yanvarın 9-da saat 23 radələrində Lökbatan qəsəbəsi ərazisində “VAZ-2104” markalı avtomobillə onun idarə etdiyi “Opel” markalı avtomobilin qarşısının kəsildiyini, bıçaqla hədələnərək 477 manat pulunun alındığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Lökbatan qəsəbə sakini N.Quliyev müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin götürülüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti