...

Ötən gün ölkədə 20 yanğın olub, 3 nəfər xilas edilib (FOTO)

Hadisə Materials 27 Mart 2021 13:51 (UTC +04:00)
Ötən gün ölkədə 20 yanğın olub, 3 nəfər xilas edilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 20 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 3 nəfər xilas edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti