Bakı. Trend:
Neftçala rayonunun Ballıcalı kəndində ümumi sahəsi 135 m² olan kürsülü birmərtəbəli evin qamışdan ibarət tavanı və dam örtüyünün yanar konstruksiyaları 22 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.