...

Bakıda süni göldə yeniyetmə boğulub

Hadisə Materials 13 İyun 2021 22:32 (UTC +04:00)
Bakıda süni göldə yeniyetmə boğulub

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən süni göldə həmyaşıdları ilə birgə çimən zaman batan yeniyetmə ilə bağlı məlumat yayıb.

FHN-dən Trend-ə verilən məlumata görə, 2006-cı il təvəllüdlü Novruzov Elşən İmdad oğlunun axtarışları başa çatıb.

E.Novruzovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti