...

Sumqayıtda məişət tullantıları poliqonu yanır

Hadisə Materials 18 İyul 2021 11:56 (UTC +04:00)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhəri ərazisində yerləşən məişət tullantıları poliqonunda yanğın olması barədə məlumat daxil olub.

Trend Nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Bildirilir ki, hadisə əlaqədar əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti